Almaniyada G20 sammitinə hücum planlaşdıran şəxs saxlanılıb
04.07.2017 740 0.0 0

Almaniyada G20 sammitinə hücum planlaşdırmaqda şübhəli bilinən 30 yaşlı Rostok şəhər sakini saxlanılıb.

 

Məlumata görə, bu barədə “The Local” agentliyi yerli hüquq-mühafizə orqanlarına istinadən xəbər yayıb.

 

Bildirilir ki, əməliyyatçılar Rostokda iki mənzildə, Xoenfelddə bir binada və Bad Doberan şəhərində qarajda axtarış aparıblar və çoxlu sayda silah aşkar ediblər. Bununla yanaşı, onlar tez alışan maye, kimyəvi vasitələr, pirotexnik vasitələr, bıçaq, beysbol zopası da aşkarlayaraq götürüblər

 

Saxlanılan şəxsin radikal solçu qruplaşmanın üzvü olduğu bildirilir.

 

Qeyd edək ki, G20 sammiti iyulun 7-8-də Hamburqda keçiriləcək./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar