Almaniyada `Auşvits` konslagerinin 96 yaşlı mühasibi azadlıqdan məhrum edilib
29.12.2017 895 0.0 0

Almaniyanın Konstitusiya Məhkəməsi"Auşvits" konslagerinin (faşistlərin həbs düşərgəsinin - red) sabiq əməkdaşı Oskar Qreninqin apellyasiya şikayətini rədd edib.

Məlumata görə, bu barədə "Reuters" xəbər verib.

Xəbərdə bildirilir ki, hökmə əsasən 96 yaşlı kişi həbsxanaya göndərilib. Qreninq "Auşvits"də mühasib işləyib. O, həbs düşərgəsinin dustaqlarından götürülmüş vasitələrin hesablamasını aparıb.

Qreninq 2015-ci ildə də həbs cəzasına məhkum edilib. Məhkəmə onu 300 mindən çox insanın qətlinə kömək etməkdə müqəssir bilib. Ancaq onun müdafiəçiləri Qreninqin sağlıq durumu və yaşına görə cəza möhlətini tələb ediblər.

Keçmiş mühasib özü təqsirini etiraf edib. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar