Almaniya Türkiyə üçün maliyyə mühasirəsi hazırlayır. Türkiyə hökumətinə yaxın bank və şirkətlərin maliyyələşdirilməsinin azaldılması ilə bağlı iş aparılır.
"Vestifinance.ru" saytına istinadən bildirilir ki, söhbət Almaniyanın KfW dövlət bankı, Avropa İnvestisiya və Avropa Yenidənqurma və İnkişaf banklarının kreditlərindən gedir.
"Bloomberg" agentliyinin yaydığı məlumata görə, formal olaraq adı çəkilən banklar maliyyələşməni dayandırmasa da, onlar sərt şərtlər və məhdudiyyətlər tətbiq etməyə başlayıb.
Bununla yanaşı, analoji addımların kommersiya bankları tərəfindən də atıldığı müşahidə olunur. Məsələn, "Commerzbank" nüfuzunun aşağı düşməsindən ehtiyat edərək türkiyəli həmkarları ilə əməkdaşlıq siyasətini yenidən nəzərdən keçirmək qərarına gəlib.
Bu açıqlamalar öz əksini maliyyə bazarlarında tapıb. Türkiyədə dolların məzənnəsi həftənin əvvəlindən etibarən 4%-ə yaxın yüksələrək 3,81 lirəyə qədər yüksəlib və hazırda 3,78 lirə təşkil edir. Həmçinin göstərici olaraq qəbul edilən Türkiyənin 2 illik dövlət istiqrazlarının gəlirliyi 12,75%-ə yüksələrək son dövrlərin maksimal həddinə çatıb./Report/