Almaniya Türkiyədə hərbi baza tikir
25.04.2016 879 0.0 0


Almaniya Türkiyədə hərbi hava bazası yerləşdirməyi planlaşdırır. Məlumata görə, bu barədə Almaniyanın "Spiegel" internet portalı məlumat yayıb.

Almaniyanın İŞİD-ə qarşı genişmiqyaslı hücumlara hazırlaşdığı və bunun üçün Türkiyənin İncirlik Hərbi Hava Bazası ilə danışıqlar apardığı haqqında xəbərlər yayılıb.

İncirlik Hərbi Hava Bazasında almanların "Tornado" təyyarələrinin stansiyasının qurulması haqqında danışıqların aparıldığını iddia edən sayt bunun Almaniyaya 65 milyon avroya (109 milyon 863 min manata) başa gələcəyini vurğulayıb.

Saytın verdiyi məlumata görə, sözügedən stansiyada alman təyyarələrinin istifadəsinə veriləcək uçuş sahəsi, əsgərlərin qalması üçün yerlər və tam təhcizatlı komandanlıq mərkəzinin qurulması əsas müzakirə mövzusudur. Bu barədə artıq Almaniya ilə Türkiyə arasında danışıqlar aparılır.

 


“Spiegel”də yer alan məqalədə İncirlik Hərbi Hava Bazasında 15 milyon avroya 400 alman əsgərinin qala biləcəyi yerlərin inşa ediləcəyi, 34 milyon avroya isə "Tornado" və tanker təyyarələri üçün tam təhcizatlı komandanlıq mərkəzinin yaradılacağı iddia edilir.

Saytın verdiyi məlumatda bildirilir ki, qurulması planlaşdırılan stansiya 2002-ci ildə başlayan Əfqanıstan missiyası üçün Özbəkistanda qurulan Termez Hərbi Hava Bazasını xatırladacaq./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar