Almaniya kəşfiyyatı yenə ifşa olundu
17.01.2016 566 0.0 0

Almaniya kəşfiyyatı 30 - dan artıq Avropa ölkəsinin, o cümlədən Rusiyanın beynəlxalq telefon əlaqələrini dinləyib. Bu bəyanatla avstriyalı parlamentari Peter Pilts çıxış edib. 

Xarici KİV-lərə istinadən verilən məlumata görə, avstriyalı deputatın bununla bağlı əlində sənədlər var. Sənədlərdə qeyd olunub ki, Almaniya kəşfiyyatı 2004 - 2008 - ci illərdə Rusiya da daxil olmaqla 30 - dan artıq Avropa ölkəsində telefon danışıqlarını dinləyib.




Avropa ölkələri xəritədə


Ümumilikdə bu günə kimi 256 beynəlxalq rabitə xətti dinlənilib. Bura Rusiya – Finlandiya, Helsinki - Paris, Brüssel - Helsinki, Helsinki - Şanxay, Budapeşt - Şanxay və sair daxildir. 

Finlandiyanın Təhlükəsizlik üzrə polis müfəttişi Tuomas Portankorvanın sözlərin görə, ölkənin hüquq-mühafizə orqanları bu dinləmələrdən xəbərdar olub. Amma dərc olunan sənədlər haqqında onların heç bir məlumatı yoxdur.

Ölkənin xarici işlər naziri Vesa Hakkinen də məsələyə münasibət bildirib. Onun sözlərinə görə dinləmələrin hədəfində Finlandiya hakimiyyətinin olduğu aşkar edilsə, lazımi tədbirlər görüləcək.

 


Vesa Hakkinen -Finlandiyanın xarici işlər naziri


Bu alman kəşfiyyatçılarının ilk belə işi deyil. Bundan əvəl də ,yəni ötən il oktyabrın ortalarında Almaniyanın məşhur nəşrlərindən olan "Der Spiegel" jurnalı alman kəşfiyyatçılarını casusluq etdiyini bildirmişdi. Jurnalda qeyd olunurdu ki, kəşfiyyatçılar Amerika və Avropa birliyi diplomatlarının beynəlxalq danışıqlarını dinləyiblər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar