Almadan insan orqanlarının implantları yaradılacaq
02.03.2017 1242 0.0 0

Alma muasir tibb üçün yeni imkanlar yaradacaq, insan orqanlarının implantları məhz bu meyvədən yaradılacaq.

Trend-in BBC-yə istinadən verdiyi xəbərə görə, bu barədə kanadalı alim, Ottava Universitetinin dosenti Endryu Pilling bildirib.

Gənc alimin sözlərinə görə, insan orqanlarının implantları çox bahalıdır, onların süni yolla yaradılması isə çox çətin prosedurdur, amma alma ucuz və rahat materialdır, meyvədən yeni orqanlar böyüdüb implantlar yaratmaq daha asan və sərfəli olacaq.

"Əvvəl almanı lazımi formada kəsib hüceyrələrini neytrallaşdırmaq lazımdır, daha sonra qalan meyvə qatına insan DNK-sı əkilməlidir, hüceyrələr inkubatorda böyüyərək nəticədə insan qulağına çeviriləcək".

Alimin sözlərinə görə, bu cür qulaqlar insan bədəninə uyğunlaşır, bu artıq təcrübələrlə subut olunub.

Laboratoriya tədqiqatlarını sübut etmək üçün kliniki sınaqların keçirilməsi planlaşdırılır, sınaqlar uğurla başa çatsa, muasir tibb yeni imkanlar əldə edəcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar