ABŞ alimləri kosmosla bağlı yeni araşdırmanın nəticələrini açıqlayıblar.
Qazeta.info Olke.az-a istinadla xəbər verir ki, tədqiqata əsasən, hər böyük qalatkikanın mərkəzində bir qara dəlik var və Günəşdən 1 milyon dəfə böyük olan bu qara dəliklər ulduzların yaranma prosesinin qarşısını ala bilir.
Qara dəliklər cazibə qüvvəsi ilə ulduz kütlələrinə təsir edirlər. Bəzən isə aktiv qalaktika nüvəsindən aldıqları enerji radiasiyası ilə eyni prosesi həyata keçirə bilirlər. Alimlərin fikrinə görə, aktiv qalaktika nüvəsindən kainata sızan enerji radiasiyası istilik yayaraq və ulduzların yaranmasını dəstəkləyən qazı paylayaraq ulduzun yaranmasında təsirli olurlar.
Kaliforniya universitetinin professoru Jan Brodi deyir: "Prosesin necə baş verdiyini bilmədən stimulyasiyalar vasitəsilə prosesi başa düşməyə çalışırdıq. Kainat tarixində ilk dəfə bir qara dəliyin ulduzun yaranma prosesinə təsirini müşahidə etdik". Tədqiqat nəticələri kainatın tarixi müddətində qara dəliklərin və ulduz yaranma prosesinin müntəzəm olaraq bir-birinə təsir etdiyini üzə çıxarıb.
San Xose universitetinin alimi Aaron Romanovski də ulduz yaranmasının qarşısını alan qara dəliklərin təbiətinin hələ tam öyrənilmədiyini bildirib: "Qalaktikada bir qara dəliyin enerji söndürməsinin bir neçə yolu var. Ulduzların sönməsi ilə bağlı alimlərin bir çox teoriyası var. Amma bunu tam bilmək üçün çox işləmək lazımdır".