Alimlərdən inqilabi ixtira
11.05.2016 1392 0.0 0


Harvard Universitetinin alimləri qırışları yox edən “ikinci dəri” kremi ilə kosmetologiyada inqilab edib. Məlumata görə, alimlərin polimerdən əldə etdiyi krem dəriyə çəkildikdə ikinci bir qoruyucu dəri təbəqəsi yaradır.

Kremin yaradılmasında məqsəd bir sıra dəri xəstəliklərindən əziyyət çəkən insanların problemini aradan qaldırmaqdır.

Çox qadınların qorxulu yuxusu olan üz qırışlarına qarşı da istifadə olunan bu krem üzə çəkildikə yeni bir dəri qatı yaradır.

Laboratoriyada slikon və oksigen molekullarından istifadə edilərək polisiloksan polimerdən hazırlanan krem sallanan üz dərisini, qırışları yığmağa imkan verir.

Krem eyni zamanda ekzema və sədəf xəstəliyi kimi dəri narahatlıqları zamanı effektiv vasitə hesab edilir. Polimer kremin yaratdığı ikinci dəri suya davamlı və 24 saat ərzində korlanmadan dəri üzərində qala bilir. Eləcə də dərinin nəmliyini qoruyaraq, dəriyə elastiklik verir.

 

 


Hazırlanan krem xüsusi orqanların icazəsindən sonra yaxın illərdə satışa çıxarılacaq.

Araşdırmalara rəhbərlik edən professor Robert Langer hazırlanan yeni kremin insanlara verəcəyi faydadan çox sevincli və həyəcanlı olduğunu bildirib.

“Görünməz, rahat və suya davamlı bir ikinci dəri hazırlamaq çox çətindir. Hazırladığımız ikinci dərinin faydaları bizi sevindirir. Bu krem müxtəlif dəri xəstəliklərindən narahatlıq keçirən insanlara önəmli fayda verəcək”, - deyə Langer bildirib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar