Alimlər siçovulun belində insan qulağını yetişdirdilər-FOTO
30.01.2016 586 0.0 0

Tokio Universiteti və Kioto Universiteti alimləri gövdə hüceyrələrindən isifadə edərək siçovulun belində insan qulağını yetişdirdilər.

Daha sonra bu qulaq insana travma nəticəsində itirilmiş və ya zədələnmiş qulağın yerinə keçirilə bilər.  
Medical Daily xəbər verir ki, əvvəl alimlər gövdə hüceyrələrindən qığırdaq yetişdiriblər, sonra ona insan qulağı formasını veriblər. Daha sonra qığırdaq siçovulun belində dərinin altına yerləşdirilib. 12 həftə ərzində burada 5 sm uzunluqda qulaq formalaşıb. 
Tədqiqatçılar belə hesab edirlər ki, bu yeni metodika yaxın gələcəkdə geniş istifadə oluna bilər. Alimlərin fikirinə görə, uşağa keçirilmiş qulaq uşaq böyüdükcə tədricən böyüyəcək və öz normal ölçüsünü alacaq./saglamolun.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar