Mal ətinin əvəzləyicisi əslində gündəlik qarşılaşdığımız bir varlıq imiş.
Həşəratların tərkibində insanlar üçün olan xeyirli maddələrin sayı mal ətində olanlardan daha çoxdur. Alimlər həşərat ətinin nə dərəcədə xeyirli və qidalandırıcı olduğunu müəyyən etməyi qərara alıblar. Beləliklə onlar təcrübə apararaq müəyyən ediblər ki, həşəratlar adi mal ətindən 20% daha çox zülal və karbohidratlara sahibdirlər. "Technote.az”ın "Mir24.tv”ə istinadən verdiyi xəbərə əsasən həşəratlarda digər xeyirli maddələrin də mineralları var. Gələcəkdə mal ətini həşəratlarla əvəz etmək olar.
Məsələn cırcırama və un qurdlarında kalsium, maqnium, sink və mis, adi heyvan ətindən daha çoxdur. Beləliklə insanlar həmin həşəratları öz qidalarında istifadə edə bilərlər. Bununla yanaşı alimlər həşəratlarla qidalanmanın bir mənfi cəhətini də müəyyən ediblər. Belə ki, həşəratlarda mal və donuz ətində olduğu kimi lazımi miqdarda yağ yoxdur. Məhz bu faktor sayəsində insan qidalanan zaman daha tez doyur.