Alim böcəyə atasının adını verdi - FOTOLAR
28.12.2017 967 0.0 0

30 ildir Ərzurum Etimologiya Muzeyində çalışan və böcəklər üzərində araşdırma aparan türkiyəli alim Erol Yıldırım son kəşf etdiyi böcək növünə atasının adını verib.

Məlumata görə, türkiyəli alim Diyarbəkirdə apardığı araşdırmalar zamanı kəşf etdiyi "Hymenoptera" sinifinə aid olan böcəyi atasının şərəfinə Bahattin adlandırıb.

O bildirib ki, ölkəmiz bioloji baxımdan çox müxtəlif canlılar yetişdirir. Hazırda kəşf olunmağı gözləyən bəlkə də 50 mindən çox böcək növü var.

Dünya mediasının diqqətini çəkən alim, kəşf etdiyi böcəyi elmə "Tiphia Bahəddin" adı ilə təqdim edib. Alim böcək haqqında həşəratlardan bəhs edən beynəlxalq jurnala müsahibə verib.

Erol İldırım kəşf etdiyi həşərat növünə atasının adını verməsini belə izah edib: "Atam məndən xahiş etmişdi ki, kəşf edəcəyim yeni növə onun adını verim. Bu böcəyi Diyarbəkirdə axtarışlar zamanı kəşf etdim və ona atamın adını verdim. Təsəvvür edin, dünya var olduqca mənim atam da bu böcəklə birlikdə xatırlanacaq"/Publika.az/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar