Ali təhsil müəssisələrinə qəbul qaydaları dəyişdi
20.02.2016 1038 0.0 0

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları”nda dəyişikliklər edilməsi haqqında qərar verib.

 

Məlumata görə, dəyişiklik ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslarla bağlıdır.

 

Dəyişikliyə əsasən “Dizayn (memarlıq və dizayn istiqaməti)” ixtisası I ixtisas qrupundan çıxarılaraq V ixtisas qrupuna əlavə edilib. “Geodeziya və xəritəçilik mühəndisliyi” və “ Yer quruluşu, torpaq və şəhər kadastrı” ixtisasları isə II ixtisas qrupu sütunundan çıxarılaraq I ixtisas qrupuna əlavə edilib./apa/

 

 

Qazeta.info APA-ya istinadla bildirir ki, Azərbaycanda rus dilində imtahan verən abituriyentlərin ali və orta peşə-ixtisas təhsili müəssisələrinə də qəbul qaydası dəyişib.

 

Məlumatına görə, “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas  təhsili müəssisələrinə tələbə qəbulu qaydaları”na əsasən Azərbaycanda ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir.

 

Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili fənnindən test imtahanı verirlər. İndiyə qədər bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanlarına buraxılıblar. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas  təhsili müəssisələrinə tələbə qəbulu qaydaları”na etdiyi dəyişikliyə əsasən artıq “məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul (cari ilin abituriyentləri üçün buraxılış) imtahanlarına buraxılacaqlar. Başqa sözlə, qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili fənnindən tes imtahanından “məqbul” alıb, cari ilin abituriyentləri üçün buraxılış imtahanında ali və orta peşə-ixtisas təhsili müəssisələrinə qəbul ola bilməsələr, növbəti il Azərbaycan dilindən test imtahanı vermədən buraxılış imtahanına buraxılacaqlar.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar