Bu il Azərbaycanda ali məktəblərə qəbul olmaq üçün 41965 yer təqdim olunub.
Məlumata görə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbazsadə bu gün keçirilən mətbuat konfransında bildirib ki, bu, ötən illə müqayisədə 7,21% çoxdur.
Onun sözlərinə görə, dövlət sifarişli yerlərin sayında bir az fərq var və ötən illə müqayisədə 497 yer artıb. Ötən il 11714 nəfər olan dövlət sifarişli yerlərin sayı bu il 12221-dir: “11 illik təhsil bazadan orta ixtisas təhsili müəssisələrinə isə bu il 6940 yer ayrılıb. Ötən il bu rəqəm 6133 yer olub. 11 illik bazadan texnikumlara ayrılan qəbul yerlərinin sayı ötən illə müqayisədə 13% artıb. Plana əsasən, 48905 nəfər ali və orta ixtisas təhsili müəssisələrinə qəbul ola biləcək”.
Direktorlar Şurasının sədri qeyd edib ki, qruplar üzrə də dövlət sifarişli yerlərdə artım var. I qrupda dövlət sifarişli yerlərin sayı 5,9 % (300 yer), II qrupda 9% (2021 yer), III qrupda 3 yer (ötən ilki səviyyədə), IV qrupda 4,99% (62 yer) artıb./apa/