ABŞ-ın genetika üzrə alimi Ceyms Vatsonun 1962-ci ildə DNT-nin ikiqat sarmallı quruluşunu kəşf etdiyi üçün verilən Nobel mükafatını satışa çıxardığı, mükafatın 4,8 milyon dollara satıldığı bildirilir.
BBC-nin xəbərinə görə, İngitərənin Christie 's hərrac evində hərracla satışa çıxarılan qızıl medalın 2,5 ilə 3,5 milyon dollara satılması gözlənilirdi. Məlumatda ilk dəfə həyatda olan bir Nobel mükafatı sahibinin mükafatı satılmış olduğu. 86 yaşındakı Vatsonun mükafatını maddi çətinliklər səbəbiylə satışa çıxardığı bildirilib.
Vatsonun, satışdan əldə etdiyi gəlirinin bir hissəsini oxuduğu Chicago Universiteti, çalışdığı Cambridge Universiteti və başçılıq etdiyi Cold Spring Harbor Laboratoriylarına bağışlayacağı bəyan edib.
Watsonun 2007-ci ildə verdiyi bir reportajda, "qaraların ağlardan daha az ağıllı olduğuna dair" şərhinin ardından elm ətrafları tərəfindən dışlandığı bildirilir.
Watson DNT-nin ikiqat sarmallı quruluşunu kəşf işiylə Francis Crick və Maurice Wilkins ilə tibb budağında mükafat almağa haqq qazanmışdı. 2004-cü ildə həyatını itirən Crickin mükafatı də keçən il 2,2 milyon dollara satılmışdı.