Aleksandr Lukaşenko yenidən Belarus MOK-un prezidenti seçilib
30.05.2017 691 0.0 0

Belarus prezidenti Aleksandr Lukaşenko yenidən Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib. Məlumata görə, seçki MOK-un Minskdə keçirilən yığıncağı çərçivəsində baş tutub. 
A.Lukaşenko çıxışında olimpiya hərəkatına çox aydın və prinsipial qiymət vermələrinin gərəkliyini vurğulayıb. O, MOK Nizamnaməsində korrektəyə ehtiyac duyulduğunu da vurğulayıb. 
Qurumun birinci vitse-prezidenti vəzifəsinə isə əməkdar idman ustası Andrey Astaşeviç seçilib.  
Qeyd edək ki, Aleksandr Lukaşenko MOK-a 1997-ci ilin mayından rəhbərlik edir. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar