Baham adalarında köpək balıqları haqqında sənədli film çəkən dalğıc təhlükəli anlar yaşayıb.
Məlumata görə, çəkiliş zamanı nəhəng heyvanlardan biri kameraya hücum edərək onu dişinə salıb və dartmağa başlayıb. Özünü itirməyən repartyor kameranı əlindən buraxmayıb və nəticədə köpək balığı onu avadanlıq qarışıq sürüməyə başlayıb. Hadisə həmin vaxt su altında olan digər bir operatorun kamerasına düşüb.
Videoda aydın görünür ki, kamera uğrunda aparılan mübarizədə akula insana qalib gəlir. Nəticədə 10 000 dollar dəyəri olan kamera köpək balığının yeminə çevrilib.
Belə hallara Baham adalarında tez-tez rast gəlinir. Bu ərazi aqressiv mavi və ağ köpək balıqlarının əsl məskənidir. Lakin buna baxmayaraq, minlərlə turist hər il məhz həmin nəhəngləri görməyə gəlirlər./anspress/