Aİ Şurası Gürcüstanla vizasız rejimin tətbiqini təsdiqləyib
27.02.2017 733 0
Avropa İttifaqı Şurası Gürcüstanla vizasız rejimin tətbiq edilməsini təsdiqləyib.
Məlumata görə, bu barədə qurumun mətbuat katibliyi açıqlama yayıb. Müvafiq qərara əsasən bundan sonra Gürcüstan vətəndaşları 180 günlük müddətdə 90 günədək Aİ ölkələrinə vizasız səfər edə biləcək.
Martın 1-də Avropa Parlamentinin prezidenti və Avropa İttifaqına sədrlik edən ölkənin nümayəndəsi qanunvericiliyə dəyişiklikləri imzalayacaq. Bundan sonra dəyişikliklər Aİ-nin jurnalında dərc olunacaq və 21 gün sonra qüvvəyə minəcək./APA/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər