Aİ Rusiya qazının idxalına qadağanı müzakirə etməyə hazırlaşır
04.04.2022 422 0
Ukraynada vəziyyətin gərginləşməsi fonunda Avropa İttifaqı (Aİ) Rusiyadan təbii qazın idxalına qadağa qoyulmasını müzakirə etməyə hazırlaşır.
Məlumata görə, bunu Almaniyanın müdafiə naziri Kristin Lambreht deyib.
Onun sözlərinə görə, Aİ-də Rusiyaya qarşı daha sərt sanksiyalarla bağlı fikir mübadiləsi aparılacaq.
Nazir qeyd edib ki, Rusiyanın enerji resurslarının tədarükü də sanksiyalar müzakirələrinin bir hissəsi olacaq./trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər