Aİ İranla enerji sahəsində sazişin əldə olunması üçün danışıqlar aparır
28.08.2015 523 0.0 0

Avropa İttifaqı İranla gələcəkdə enerji sahəsində müqavilələrin imzalanmasına zəmin yaradacaq siyasi razılaşmanın əldə olunması istiqamətində iş aparır.

Qazeta.info bildirir ki,  “RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə “Blumberq”ə vəziyyətlə yaxından tanış olan mənbələr məlumat verib.
 
Məlumata görə, qeyd olunan razılaşmanın artıq noyabrda imzalanması gözlənilir. Lakin kontraktlar yalnız Tehran İranın nüvə proqramına dair “altılıq”la əldə olunmuş sazişin müddəalarını icra etdikdən sonra imzalana bilər.  
 
“Blumberq” Avropanın Rusiyadan qaz asılılığını azaltmaq üçün yeni qaz tədarükçülərinin axtarışında olduğunu qeyd edir. Qaz ixracatçı ölkələri forumunun baş katibi Hüseyn Adeli bundan əvvəl İranın Aİ-nin qaza artan tələbatını ödəmək iqtidarında olduğunu qeyd edib.    
 
Mənbə sazişlərin beş sahəni əhatə edəcəyini qeyd edib. Buraya neft-qaz, bərpa olunan enerji mənbələri, enerji bazarı, energetika infrastrukturu və İranın energetika sahəsinə birbaşa sərmayə qoyuluşu daxildir.  /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar