Aİ Azərbaycanın əsas ticarət tərəfdaşı ünvanını qoruyur
13.12.2016 705 0.0 0

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 105 ölkəyə məhsul ixrac olunub, 169 ölkədən idxal olunub.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2016-cı ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi 17 mlrd. 806,4 mln. ABŞ dolları, o cümlədən ixracın dəyəri 10 mlrd. 848,4 mln. dollar, idxalın dəyəri 6 mlrd. 958 mln. dollar təşkil edib, nəticədə 3 mlrd. 890,4 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.
 
Ticarət dövriyyəsinin 37,6%-i Avropa İttifaqı (Aİ) ölkələri, 12,1%-i MDB üzvü dövlətləri, 50,3%-i isə dünyanın digər ölkələrinin payına düşüb.

İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, təbii qaz, neft məhsulları, meyvə-tərəvəz, alüminium və ondan hazırlanan məmulatlar, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağlarının, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsulları, oduncaq və ondan hazırlanan məmulatların xüsusi çəkisi üstünlük təşkil edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar