Ağsuda hamilə qadın ölüb
15.07.2016 564 0.0 0

Ağsu rayonunda hamilə qadın dünyasını dəyişib.Məlumata görə, hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Mirzəyeva Günel Əlipaşa qızının hamiləliyinin 22-ci həftəsində qəflətən halı pisləşib və onu təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə aparıblar. Ana bətnindəki 5 aylıq uşağın ölmüş olduğu məlum olub və süni yolla doğuş edərək uşağı götürüblər. Həkimlərin səyinə baxmayaraq ananın da həyatını xilas etmək mümkün olmayıb. Dünyasını dəyişən Günel Mirzəyeva 3 ildir ki, ailəli idi və ilk övladını dünyaya gətirəcəkdi.

 

 

Faktla bağlı araşdırma aparılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar