Ağsu aşırımı bağlandı
06.02.2017 981 0
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsinin 149-cu kilometrliyində torpaq sürüşməsi aktivləşib.
Bu barədə “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, sürüşmə sahəsi 40 metrədək ərazini əhatə edir. Bu hissədə yol 40-50 sm çöküb.
Həmin hissənin bərpası üçün əraziyə “Azəravtoyol”un texnikası və canlı qüvvəsi cəlb olunub.
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə həmin hissədə hərəkət məhdudlaşdırılaraq, ərazidəki alternativ yola yönəldilib./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər