Ağız qoxusunu, boğaz ağrısını aradan qaldıran MÖCÜZƏVİ YAĞ
10.11.2017 1292 0.0 0

İnsan sağlamlığı üçün lazım olan bütün dərmanlar təbiətdə var. Sadəcə olaraq onu bilmək və doğru şəkildə istifadə etmək lazımdır. Qazeta.info Ailem.az -a istinadla sizə çaytikanı yağının saymaqla bitməyən faydaları barədə məlumat verir.

 

Çaytikanı yağının dünyaya hədiyyə olaraq yarandığı torpaqlar Avstraliyadır. Burada olan aborogen qəbilələr min illərdir bu vasitədən antiseptik və antibakterial vasitə kimi istifadə edirlərlər. Kəsik, yara, göbələk, qızılca, su çiçəyi, qrip infeksiyaları və soyuqdəymə kimi problemlərin müalicəsində inanılmaz faydası var. İmmunitet sisteminin gücləndirilməsində xeyirlidir. Nəfəs yolları, astma, boğaz ağrısı, öskürək kimi narahatlıqlarda istifadə edilir. Ağız, diş və boğaz təmizliyi müalicəsində müvəffəqiyyətlidir. Bakteriya və göbələklərin səbəb olduğu dəridə həddindən artıq yağlanma, sızanaq, qaşıntı, qabıqlanma, kəpək kimi dəri xəstəliklərinə qarşı təbii antiseptik sayılır. Günəş yanıqlarına və dəridəki soyulmalara kömək edir.

 

Göbələk

 

Bədənimizin bütün üzvlərində meydana gələn göbələk infeksiyalarına qarşı istifadə edilir. Ayaq dırnaqlarında yaranan göbələyə qarşı çay ağacı yağını gündə 3 dəfə olmaqla 3 ay boyunca rahatlıqla istifadə edə bilərsiniz.

 

Günəş yanığı və qızartı

 

Günəşdən yaranan qızartı və yanıqlarda birbaşa dərinizə sürtə bilərsiniz. Yaxud bir-iki damcı günəş kreminə qarışdıraraq da istifadə edə bilərsiniz.

 

Ağıza qulluq vasitələrinin təmizliyi

 

Ağzımıza qulluqda istifadə etdiyimiz bütün vasitələr bəlli bir zamandan sonra bakteriya mənbəyinə çevrilir. Bu vəziyyəti aradan qaldırmaq üçün çay tikanı yağından faydalana bilərsiniz. 2-3 damcı yağla təmizləyəcəyiniz vasitələri rahatlıqla istifadə edə bilərsiniz.

 

Nəfəs qoxusu problemləri

 

Pis qoxuyan nəfəs, diş əti iltihabı kimi ağız problemlərinin müalicəsində istifadə edilən çay tikanı yağı bakteriya yaranmasını aradan qaldırır. Gecə yatmazdan qabaq ilıq suya 3-4 damcı yağ tökərək, qarqara etmək sizə çox kömək edəcək. Boğaz iltihabı problemlərində də müvəffəqiyyətlidir. Çay tikanı yağını isti suya qarışdırıb buxarını nəfəsinizə çəksəniz, bəlğəmi tamamilə aradan qaldıracaq. Sadəcə boğazınız deyil, eyni zamanda tənəffüs yolu xəstəlikləri, nəfəs daralması kimi problemlər də çay tikanı yağı ilə rahat nəfəs almağa kömək edir.

 

Paltarlarınızda yaranana mikrob və bakteriya problemləri

 

Paltar yuyarkən yumşaldıcı hissəyə əlavə edəcəyiniz 3-4 damcı çay tikanı yağı, paltarlarınıza gözəl qoxu verəcək, eyni zamanda antiseptik özəlliyi sayəsində mikrob və bakteriyaların ölməsini təmin edəcək. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar