Ağır yol qəzasında ana və qızı ölüb
15.05.2017 678 0.0 0

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 101-ci km, Siyəzən rayonu ərazisində “Changan” və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb edilib. Yanğınsöndürən-xilasedicilər “Changan” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər yaralı və 2 nəfərin cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 09:00-da başa çatıb.

 

Bildirək ki, Siyəzən rayonu ərazisində baş verən yol qəzasında ölən və yaralanan şəxslərin adları müəyyənləşib.

 

Məlumata görə, qəzada ölənlər Natəvan Hüseynova və onun qızı Aytəndir.

 

Xəsarət alan şəxslər isə Bakı şəhər sakinləri, 1991-ci il təvvəllüdlü Kənan Şükürov və 1992-ci il təvəllüdlü Afət Ağayevadır.

 

K. Şükürovun vəziyyəti ağırdır.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar