Qazeta.info Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən bildirir ki, Quba rayonu, H.B.Zərdabi qəsəbəsində ağır yol nəqliyyat hadisəsi baş verib.
Belə ki, FHN-in “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Quba rayonu, H.B.Zərdabi qəsəbəsində (rayon mərkəzindən 12 km aralı) 1975-ci il təvəllüdlü Qəribov Seymur Samir oğluna məxsus "HYUNDAİ" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılmışdır.
Nəticədə avtomobilin sürücüsü S.Qəribov və avtomobildə olan sərnişin, 1982-ci il təvəllüdlü Hüseynov Camal Tofiq oğlu hadisə yerindəcə vəfat etmişlər. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri deformasiyaya uğramış avtomobildən cəsədləri çıxararaq aidiyyəti üzrə təvil vermişlər. Əməliyyat saat 22:45-də başa çatmışdır.