Ağdamın işğal günündə 18+ parti edənlər, toy çaldıranlar
15.07.2016 825 0
İyulun 23-ü Ağdamın işğalından 23 il ötür. 1993-cü ildən Ermənistanın işğalı altında olan Ağdam ərazisinin 70 faizini itirib. Ərazisi 1094 kvadrat kilometr olan Ağdamın 882 kvadrat kilometri, bir şəhər və 80 kəndi işğal olunub. İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb məhv edilib. Ağdam Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub. Onlardan 16-sı milli qəhrəmandır. Rayonun 160 min nəfər əhalisindən 128 mini ev-eşiyindən didərgin düşüb. Onlar ölkənin 62 şəhər və rayonunda məskunlaşıb. İşğal nəticəsində rayona 3 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan dəyib.
Bütün bunlara baxmayaraq, hər zaman olduğu kimi, bu dəfə də sözügedən tarixdə ölkədə toylar və əyləncəli məclislər təxirə salınmayıb. Onlardan biri də iyulun 23-ü Novxanıdakı “Olimpik hotel”də keçiriləcək “Bikini parti- 18+” gecəsidir. Partidə çimərlik geyimli modellər boy göstərəcək. Həmçinin gecədə Elşad Xose, Rauf Əhmədov, Dj Nano iştirak edəcək.
İşğal günlərində konsert vermək, şənlik keçirmək cəmiyyət tərəfindən heç də yaxşı qarşılanmayacaq. Məsələ burasındadır ki, belə tarixlərdə şənliklərin keçirilməsi çox zaman haqlı olaraq birmənalı qarşılanmır, mərasim sahibləri və orada iştirak edən sənət adamları tənqid olunur. Bu cür hadisələrdən biri də 2014-cü ildə müğənni Natəvan Həbibinin başına gəlib. May ayının 17-i Heydər Əliyev sarayında konsert verməyə hazırlaşan müğənni qınaq obyektinə çevrilib. Daha sonra Navatan konserti 17 may tarixindən 24 may tarixinə keçirilib.
2014-cü ilin 18 may (Laçının işğal günü - red) tarixində konsert verməyə hazırlaşan ifaçılardan biri də Qaraqan olub. O, öncə verəcəyi konsertin tarixini dəyişdirməyəcəyini, konsertin şou xarakterli yox, təbliğat xarakterli olacağını, yalnız vətənpərvərlik mövzusunda olan mahnılarını, replərini səsləndirəcəyəni desə də, daha sonra Qaraqan təzyiqlərə dözməyib, konsert tarixini dəyişərək mayın 25-ə keçirmişdi. Bunlara çox misal çəkmək olar. Amma görünən budur ki, bu hadisələr bəzilərinə dərs olmayıb.
Məsələ sadəcə tədbir və partilər deyil. Eləcə toy şənlikləri də bu günlərdə rahat şəkildə keçirilir. İşğal günlərində, yas günlərində şənlik etmək cəmiyyət olaraq Azərbaycanda qəbul edilmir. Bəziləri bu yazılmayan qanunu qəbul etməyib, toy edirlər. Bəs restoranlar bunun qarşısını niyə almır? Bir günlük gəlirdən vaz keçmək olmurmu? Hətta maddi ziyan da olmur. Bir gün sonraya da toyu dəyişmək olar. Amma...
Ağdamın işğalı günündə yenə toy olacaqmı? Qazeta.info bildirir ki, Musavat.com saytının əməkdaşı məsələ ilə bağlı şəhər restoranları ilə əlaqə saxlayıb və onlardan iyulun 23-ü məkanlarında toy və şənlik olub-olmadığını soruşub.
“Xudafərin” restoranının əməkdaşı bildirib ki, iyulun 23-ü məkanda toy olub-olmayacağından məlumatsızdır. Lakin, adətən, belə günlərdə restoranda toy olmur.
“Planet” restoranının əməkdaşı Samir Hüseynov da sualımızdan yayınıb. O, bildirib ki, 23-ü məkanda toy olub-olmayacağından məlumatsızdır: “Bir az sonra zəng edin, sizə dəqiq məlumat verim. İndi heç nə deyə bilmərəm”.
“Yeganə” restoranının administratoru Samir Hüseynov deyib ki, adətən, insanlar məlumatsız olduğu üçün sözügedən tarixdə toy edir: “Faciə və işğal günlərində adətən restoranımızda toy olmur. İnsanlar da bu tarixdə toy etmək istəmir. Toy edənlər varsa, həmin tarixin önəmindən məlumatsız olanlardır. Əgər həmin tarixdə ”.
“Su sonası”nın əməkdaşı isə həmin tarixdə restoranda toy olmadığını bildirib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər