Ağdamda könüllülər ordu sıralarına yollanır (FOTO)
11.09.2015 1876 0.0 0

Komanda Qərərgah Hərbi Oyunları ilə bağlı Ağdamda könüllülər bayraq meydanına toplaşıb.

Məlumata görə Müdafiə Nazirliyinin əməkdaşları və rayon rəhbərliyi könüllülərə dəstək olmaq üçün bayraq meydanına gəlib. 

Sovet hərbi qüvvələri sırasında xidmətini başa vuran Şamil Əbiyev vətənə döndükdən sonra milli orduya yazılır. Sıravi əsgər kimi döyüşə atılan Şamil qısa zamanda göstərdiyi şücaətlərə görə baş leytnant rütbəsinə qədər yüksəlir. Bütün döyüş yoldaşları kimi o da 22 il əvvəl vahid komandanlığın olmaması səbəbindən torpaqların itirildiyi qənaətindədir. Buna baxmayaraq Şamil Əbiyev keçmiş döyüşçü kimi müharibəni deyil, döyüşün birinci mərhələsini uduzduğuna inanır. Könüllülərlə birgə mərkəzi meydana gələn Qarabağ qazisi həlledici döyüşə hazır olduqlarını deyir. 

 


Qarabağ qaziləri döyüşə yollanmağa hazırdır

 


Könüllülər meydanda

 

"Bu gün bura yığılan oğlanlar, qazilərimiz orda durub, veteranlarımız burdadı, fərəhlə o günü gözləyir. Şəxsən biz o torpaqları dizin-dizin olsa da, cırmaq-cırmaq olsa da azad edəcəyik." -deyə Şamil Əbiyev bildirib. 

Ayağının birini Qarabağ döyüşlərində itiriən Mahir Rzayev da elə bu meydanda, mülki geyimi, hərbi formaya dəyişməyə hazır olduğunu deyir. 

"5 qardaş bir yerdə balalarım da birlikdə cənab prezidentin əmrinə sadiq, nə vaxt əmr versə o vaxt müharibəyə getməyə hazırıq. Yenə gedib bir ayağımı da qurban verərəm uf demərəm torpaq üçün." -deyə Mahir Rzayev bildirib. 

 


Müdafiə Nazirliyinin əməkdaşları və Ağdam icra hakimiyyətinin rəhbərliyi də könüllülərə dəstək vermək üçün bayraq meydanında idi. 1500-ə qədər könüllünün iştirak etdiyi tədbir təqribən 1 saat davam etdi. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar