Ağ Evin mətbuat katibi işdən çıxır
14.06.2019 531 0
Ağ Evin mətbuat katibi Sara Sanders iyunun sonunda öz postunu tərk edəcək.
Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bu barədə öz "Twitter" səhifəsində ABŞ prezidenti Donald Tramp yazıb.
D.Tramp yazıb: "O, inanılmaz bir iş görmüş qeyri-adi istedada malik xüsusi bir insandır! Ümidvaram ki, Arkanzasın qubernatoru üçün öz namizədliyini irəli sürəcək".
Qeyd edək ki, S.Sanders 2017-ci ildən Ağ Evin mətbuat katibi vəzifəsində çalışıb.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər