Ağ evdə Pompeo və Bolton arasında gərginlik artır
23.05.2019 465 0.0 0

ABŞ-ın dövlət katibi Mayk Pompeo və prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton arasında Amerikanın xarici siyasət kursuna təsir göstərmək uğrunda amansız rəqabət yaranmaqdadır. Onların arasında gərginlik Vaşinqtonun İran, KXDR və Venesuela ilə problemləri fonunda artmaqdadır.

TASS-a istinadən xəbər verilir ki, bu barədə çərşənbə günü CNN teleşirkəti məlumat yayıb.

Bildirilir ki, iki "qırğı" arasında gərginlik xarici siyasətə yanaşma fərqliliyində deyil, rəsmi vəzifələrin icrası üslubundadır. Belə ki, prezident köməkçisinin uzaqgörənliyi dövlət katibində onun xarici siyasət idarəsi səlahiyyətlərini qəsb etmək cəhdinə dair aşkar qıcıq və şübhə oyadır./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar