Ağ Ev: «Rusiyaya qarşı sanksiyalar hələ ki nəticə verməyib»
07.10.2016 509 0.0 0

Ukrayna ilə əlaqədar Rusiyaya qarşı tətbiq olunan sanksiyalar hələ ki istənilən nəticəni verməyib.

 

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bunu ABŞ prezidentinin mətbuat katibi Coş Ernest deyib.

 

“Sanksiyalar hələ ki nəticə verməyib. Biz Rusiyanın davranışında gözlədiyimiz dəyişikliyi görmürük. Lakin biz sanksiyaların Rusiya iqtisadiyyatına təsirini müşahidə edirik”, - deyə o bildirib.  

 

Qeyd edək ki, ABŞ və Aİ Ukraynadakı vəziyyətlə əlaqədar 2014-cü ilin iyulundan başlayaraq Rusiyaya qarşı kompleks sanksiyalar tətbiq etməyə başlayıb. Rusiya, öz növbəsində, sanksiyalara qoşulan dövlətlərdən ölkəyə malların idxalına qadağa qoyub. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar