Ağ ev İŞİD-in təbliğatına qarşı yeni plan hazırlayıb
09.01.2016 502 0.0 0

Ağ ev İŞİD qruplaşmasının və digər ekstremist qrupların təbliğatına qarşı mübarizə aparmaq üçün yeni planını açıqlayıb. 
 
“Reuters”ə istinadən verilən məlumata görə, ekstremizmə qarşı müqavimət göstərmək üçün ölkə daxilində və sərhədlərdən kənarda yeni bölmələr yaradılacaq. Əsas diqqət qruplaşmaların internetdəki təbliğatlarına yönələcək. Daxili İşlər Departamenti və Ədliyyə Nazirliyi ABŞ-ın terrorizmlə mübarizəsini gücləndirmək üçün yeni işçi qrupları yaradacaq.
 
Dövlət Departamenti isə bu məsələ ilə beynəlxalq səviyyədə məşğul olacaq. Bu məqsədlə qarşılıqlı fəaliyyət üzrə qlobal mərkəzin yaradılması planlaşdırılır. Mərkəz xaricdəki tərəfdaşlarla, hökumət və qeyri-hökumət təşkilatları ilə işləyəcək.
 
“The Washington Post”un məlumatına görə, Obama administrasiyasının rəsmiləri Kaliforniya ştatındakı “Silikon vadisi”ndə “Apple”, “Facebook”, “Twitter” və digər şirkətlərin rəhbərləri ilə görüşəcək. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar