Ağ Ev İranı tənqid etdi
11.04.2015 808 0
İran BMT-nin Qadın Təşkilatının İdarə Heyətinə seçilib. Tehran 53 real səsdən 36-nı toplayıb.
Məlumata görə, ABŞ isə İranın qadın hüquqları ilə bağlı quruma seçilməsini sərt tənqid edib.
Bu ölkənin BMT-dəki səfiri Samanta Pover bildirib ki, səsvermənin bu nəticəsi onlarda dərin narahatlıq doğurub: "İranda qadınların bəzi hökumət vəzifələrində çalışması üçün ciddi maneələr var. Bu ölkədə məişət zorakılığına qarşı qanun yoxdur. Ərə xəyanət daşqalaqla cəzalandırılır".
Onun sözlərinə görə, Asiya-Sakit Okeanı qrupunun 2016-cı il yanvarın 1-dən başlayacaq növbəti üç il üçün İranın üzvlüyünü dəstəkləməsi məyusedicidir.
Xatırladaq ki, BMT Qadın Təşkilatı 2010-cu ildə gender bərabərliyinə səy göstərilməsi üçün təsis olunub./anspress/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər