Ağ Ev: Bu, soyqırım deyil
23.04.2015 818 0.0 0

Ağ Ev 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin kütləvi qətli barəsində "soyqırım" terminindən istifadə olunmasından imtina etdi.

Məlumata görə, bu barədə jurnalistlərə ABŞ Prezidentinin rəsmi nümayəndəsi Erik Şults bildirib.

O, "Prezident Barak Obama niyə 2008-ci ildə prezident seçkisi kampaniyası zamanı "qenosid" terminindən istifadə etdi, amma indi bu termindən çəkinir" sualına cavabında deyib ki, Prezident və onun Administrasiyanın başqa yüksək vəzifəli məmurları Osmanlı imperiyasının son illərində 1,5 milyon erməninin qətli barədə faktın araşdırılmasına ehtiyac olduğunu deyiblər. 

Onun sözlərinə görə, bu, tarixə aid hadisədir və araşdırılmasına ehtiyac var. Biz 1915-ci ildə baş vermiş dəhşətli hadisələrə diqqəti yönəltmək üçün faktların tam, dürüst və ədalətli araşdırımasını istəyirik. Güman edirik ki, bu, bütün tərəflərin maraqlarına cavab verir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar