Ağ Ev bağlandı
31.05.2016 638 0.0 0

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin Vaşinqtonda yerləşən rəsmi iqamətgahı Ağ Ev bağlanıb. Məlumata görə, bu barədə “BNO News” xəbər verib. 
İlkin məlumata görə, Ağ Ev ərazisində şübhəli predmet aşkar edilib. Şübhəli predmet prezident Barak Obama Ağ evə qayıtdıqdan bir neçə dəqiqə sonra ərazidə aşkar edilib.

Dərhal həyacan təbili verilib və ərazi polis və təhlükəsizlik qüvvələri tərəfindən əhatə olunub. Hadisə yerinə yanğın söndürən avtomobillər, həkimlər və kimya müdafiəsi xidmət əməkdaşları cəlb olunub. 

 

 

Mayın 21-də Ağ Evin qarşısında atışma baş verib. Bu barədə “CNN” xəbər vermişdi.Bununla bağlı təhlükəsizlik tədbirləri çərçivəsində Ağ Evin bağlanmasına qərar verilib. Hadisə nəticəsində yaralanan şəxs xəstəxanaya çatdırılıb.

Bu il martın 29-da Vaşinqtonda ABŞ parlamenti Kapitoli yaxınlığında atışma olub. Bununla bağlı təhlükəsizlik tədbirləri çərçivəsində Ağ Ev və parlamentin bağlanmasına qərar verilib.

"Reuters" agentliyi Vaşinqtonda Kapitolidə atəş səsləri eşidildikdən sonra binanın giriş və çıxışının bağlandığını qeyd edib. Polis Konqresinin binasını təxliyyə edib və ərazini əhatəyə alıb. İlkin məlumata görə, atışma Kapitolinin turizm mərkəzində olub. Atəş açan şəxs yaxalanıb. Atışma zamanı bir polis əməkdaşının yaralanıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar