Ağ Ev: ABŞ Suriyadakı siyasi reallığı qəbul etməlidir
01.04.2017 658 0.0 0

ABŞ Suriyadakı siyasi reallığı qəbul etməlidir.
 
Reuters agentliyinə istinadən verilən xəbərə görə, bu barədə Ağ Evin mətbuat katibi Şon Spayser bildirib.
 
“ABŞ Suriyadakı siyasi reallığı və Bəşər Əsədin taleyinin xalq tərəfindən müəyyənləşdirildiyini qəbul etməlidir”, deyə Ş.Spayser qeyd edib.
 
O əlavə edib ki, ABŞ səylərini ilk növbədə İŞİD terror qruplaşması üzərində qələbəyə yönəltməlidir.
 
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Bəşər Əsədin devrilməsinin artıq prioritet olmadığını bəyan edib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar