Ağ Ev: `ABŞ qoşunlarını Suriyadan çıxarmayacaq`
12.12.2017 713 0
ABŞ qoşunlarını Suriyadan çıxarmağı planlaşdırmır.
“İnterfaks” agentliyinə istinadən verilən xəbərə görə, bunu Ağ Evin sözçüsü Sara Sanders bəyan edib.
Onun sözlərinə görə, Vaşinqton İraq və Suriyada terrorçularla mübarizəni davam etdirmək niyyətindədir.
Qeyd edək ki, dekabrın 11-də Vladimir Putin Rusiya qoşunlarının Suriyadan çıxarılmasına dair əmr verib, müdafiə naziri Sergey Şoyqu isə bildirib ki, Rusiya hərbçiləri artıq Suriyadan vətənə qayıtmağa başlayıblar.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər