Afrində Türkiyə ordusunun 8 əsgəri şəhid olub
02.03.2018 1054 0.0 0

Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı martın 1-də həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı 8 türk əsgəri şəhid olub, 13 nəfəri isə yaralanıb.

 

"Milliyet"ə istinadən verdiyi  görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bununla da Türkiyə ordusunun Zeytun budağı əməliyyatı zamanı şəhid olan əsgərlərinin sayı 41 nəfərə çatıb.  

 

Məlumatda ötən gün ərzində aparılmış əməliyyatlarda 23 terrorçunun zərərsizləşdirildiyi qeyd olunur. 

 

Qeyd edək ki, Türkiyə Baş Qərargahı yanvarın 20-də Suriyanın Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatın məqsədinin bölgənin PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar