AFFA Rəşad Sadıqovun Azərbaycan millisi ilə vidalaşacağını təsdiqləyib
02.10.2017 733 0
Futbol üzrə 2018-ci il dünya çempionatının Çexiya yığması ilə seçmə qrup oyunu Azərbaycan milli komandanın kapitanı Rəşad Sadıqov üçün vida matçı olacaq.
Məlumata görə, bu barədə AFFA-nın saytına Sadıqovun özü açıqlama verib. O, Çexiya ilə matçın Azərbaycan millisi üçün cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdiyini deyib: “Bütün sualları oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam”.
Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən Rəşad Sadıqov yığmanın heyətində 110 oyun keçirib./Report/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər