Afaq Bəşirqızı yenidən səhnəyə qayıdır
15.08.2016 819 0.0 0

Bu ilin martında onurğa sütünundan əməliyyat olunan xalq artisti Afaq Bəşirqızı sentyabrdan səhnəyə çıxacaq.

Bu barədə xalq artistinin özü məlumat verib. 

A.Bəşirqızı deyib ki, bundan sonra müntəzəm olaraq, teatrsevərlərin görüşünə gələcək: "Azərbaycan Dövlət Musiqili Teatrının yeni mövsümü mənim də iştirak etdiyim tamaşa ilə açılacaq. Sentyabrın 18-də dahi Üzeyir bəyin doğum günündə "O olmasın, bu olsun" musiqili komediyası ilə yenidən səhnəyə qayıdıram". 

Qeyd edək ki, bu gün xalq artistinin doğum günüdür./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar