Aeroportda yaşayan azərbaycanlı ailə köçdü (VİDEO, FOTO)
21.11.2015 568 0.0 0

Bir aydan çox Moskvanın Şeremetevo hava limanında ailəsi ilə birgə məskunlaşan Azərbaycan vətəndaşı Gülüstan İsa-Şaxo müvəqqəti yerlə təmin edilib.

ANS PRESS-in məlumatına görə, bu barədə Rusiyanın Federal Miqrasiya Xidməti xəbər verib. 

Azərbaycanda doğulan Gülüstan adlı qadın 4 uşağı və həyat yoldaşı ilə üzün müddətdir ki, Rusiyaya buraxılacağı günü gözləyirdi. Miqrasiya Xidməti Şeremetyevo paytaxt aeroportunun tranzit zonasında yaşayan ailəni müvəqqəti olaraq Tver ərazisində yerləşən Rusiyanın Federal Miqrasiya Xidmətinin müvəqqəti məntəqəsinə yerləşdirib.

Rusiyanın Federal Miqrasiya Xidmətinin mətbuat xidməti bu şəxslərin sənədləri ilə bağlı problemlər olduğundan hazırda bu istiqamətdə araşdırmalar aparıldığını və yaxın zamanlarda bütün işlərin qaydasına qoyulacağını bildirib. Həmçinin Rusiya tərəfi onların müraciətlərinin araşdırılmasına qədər Miqrasiya Xidmətinin müvəqqəti mərkəzində qala biləcəklərini qeyd edib. 

 


İsa-Şaxo ailəsi Şeremetyevo hava limanında məskunlaşmışdı

 

Daha əvvəl bir sıra Rusiya KİV-i Şeremetevo aeroportunun tranzit ərazisində artıq bir aydan çoxdur ki, suriyalı 4 uşaqlı ailənin yaşadığı haqda məlumat yayıblar. Mətbuatda ananın Qazaxıstan əsilli olduğu bildirilirdi. Qadına, onun həyat yoldaşına və 4 uşağına sənədləri ilə bağlı problemləri olduğu üçün Rusiyaya giriş qadağan edilib. Müharibədən qaçan ailə Samara şəhərində yaşayan qohumlarının yanına sığınmaq istəyiblər. İsa-Şaxonun ailəsi İraqdan Türkiyə ərazisi vasitəsi ilə qaçıb. Rusiya miqrasiya xidməti onların sənədlərinin saxta olduğunu əsas gətirərək Rusiyaya girişini əngəlləyib. 

 


Ailə başçısı Əhməd və onun 4 uşağı

 

Konsulluq əməkdaşlarının qadınla söhbət etdiyi zaman məlum olub ki, əslən kürd olan Gülüstan 1981-ci ildə Azərbaycanda doğulub və uşaqlıqda valideynləri ilə birgə Qazaxıstana köçərək bir neçə il burada yaşayıb. Qazaxıstan səfirliyinin məlumatına görə, xanım bu ölkənin vətəndaşlığını almayıb. “1998-ci ildə o İraqa köçüb və orada yaşayan əslən Suriyadan olan vətəndaşla ailə quraraq İraq vətəndaşlığını qəbul edib”, - deyə səfirlikdən bildiriblər.

Diplomatlar həmçinin qeyd ediblər ki, Gülüstan İsa-Şaxo hər hansı bir xahişlə Qazaxıstan hökümət orqanlarına müraciət etməyib. İndi İsa-Şaxo ailəsinin gələcək taleyi Rusiya Federasiyasının miqrasiya orqanlarından asılıdır./anspress/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar