Adolf Hitlerin zirehli avtomobili hərraca çıxarılıb- FOTO
16.01.2018 1055 0.0 0

Nasist Almaniyasının lideri Adolf Hitler tərəfindən istifadə olunan zirehli avtomobil ABŞ-da “Worldwide Auctioneers” hərrac evində satışa çıxarılıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, qeyri-adi dizayna malik olan və üstü açılan minik avtomobilinin bu həftə hərracda milyonlarla dollara satılacağı gözlənilir.

Yanvarın 17-də Arizona ştatında keçiriləcək hərracdan əldə olunan gəlir xeyriyyə təşkilatının hesabına köçürüləcək.

Qeyd edək ki, 1939-cu ildə istehsal edilən “Mercedes-Benz 770 Grosser Offener” modeli indiyədək satışa çıxarılan ən tarixi əhəmiyyətli avtomobil hesab olunur.

Dövrünün ən son texnoloji nailiyyətlərini özündə əks etdirən dördnəfərlik avtomobildən İtaliya siyasətçisi Benito Mussolininin Münhenə dövlət səfəri zamanı istifadə olunub. Avtomobildən həmçinin nasistlərin fransızlar üzərində qələbəsi münasibətilə 1940-cı ildə Berlində keçirilən parad zamanı istifadə edilib.

7.7 litr mühərrikli və 230 at gücünə malik olan avtomobilin maksimal sürəti saatda 100 kilometrdir. Nəqliyyat vasitəsi qalınlığı 30 mm olan gülləkeçirməyən şüşələrə malikdir.

Avtomobildən sonuncu dəfə nasist Almaniyasının Yuqoslaviya və Yunanıstan üzərində qələbə qazanması münasibətilə 1941-ci ilin mayın 4-də A.Hitlerin iştirakı ilə Berlində keçirilən parad zamanı istifadə olunub.

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar