Adi çaya bu otdan əlavə etsəniz... - FAYDALARI
03.06.2016 821 0.0 0

Hamı bilir ki, çay çox faydalı içkidir. Çay orqanizmə stimullaşdırıcı təsir göstərir, yorğunluğu azaldır, əhval-ruhiyəni yaxşılaşdırır, əlavə enerji verir, əqli fəaliyyəti stimullaşdırır, yüngül sidikqovucu təsirə malikdir, xərçəngəleyhinə təsir edir.

Qara çayla müqayisədə yaşıl çay daha faydalı sayılır. Çayı (həm qara, həm də yaşıl) daha da faydalı etmək üçün ona müxtəlif müalicəvi otlar, ədviyyatlar (hil, mixək və s.) əlavə olunur.

Kəklikotulu çay çox dadlı və faydalı müalicəvi içkidir. saglamolun.az-a istinadən onun faydalarını təqdim olunur. 

 

- Kəklikotulu çay qan dövranını, əqli fəaliyyəti yaxşılaşdırır.

- Soyuqdəymə zamanı belə çay çox yaxşı iltihabəleyhinə təsir göstərir, xəstənin vəziyyətini yaxşılaşdırır.

- Kəklikotulu çayı baş ağrılarını azaldır.

- Mədə pozulmaları zamanı qarın "yığır", büzücü və mikrobəleyhinə təsir edir.

- İmmun sistemini möhkəmləndirir.

- Orqanizmi təmizləyir.

- Arıqlamağa kömək edir.

- Nəfəs yollarını selikdən, mikroblardan təmizləyir.

- Sistit zamanı yaxşı müalicəvi təsir göstərir.

 

Ev şəraitində kəklikotulu çayı hazırlamaq üçün qara və ya yaşıl çay dəmlədikdə çaydana 1 çimdik quru kəklikotu əlavə edin, 7 dəqiqə ərzində dəmləyin və sonra için.

Nəzərə almaq lazımdır ki, belə çayı daim qəbul etmək olmaz./lent.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar