AccessBankın rayon filialından şikayət
17.03.2015 678 0.0 0

  Ucar rayonu M.F. Axundov küçəsi ev 14 də yaşayan Babayev Elçin Dadaş oğlu AccessBankın Ucar rayon filialından şikayətlənir.Qazeta.info-ya ünvanlanan müraciətdə bildirilir ki, "AccessBankın Ucar filialı məni aldatmaq istəyir."

Belə ki, Ucar rayon sakini Babayev Elçin Dadaş oğlu daha sonra qeyd edir ki,  ona adı çəkilən bankdan 09.04.2014-cü il tarixdə 10.000 manat götürdüyü krediti həmin müqavilə bağladığı tarixə  olan dollar kursu ilə ödəməyimi rəhbərliyin nəzərinə çatdırdıqda onu  hədələyiblər.

Daha sonra, bizə müraciət edən E.Babayev qeyd edir ki, "Mən Ali Məhkəmənin hakimi cənab Əsəd Mirzəyevin 03.03.2015-ci il tarixdə mətbuatda etdiyi açıqlamasından  çıxarışın surətini ərizəmə əlavə edib AccessBankın Ucar filialına göndərib bunu nəzərə alıb kredit müqaviləsinin bağlanıldığı tarixə olan dolların kursu ilə kredit borcumu ödəməyimə razı olmalarını onlardan xahiş etdim.Müraciətimə rəsmi cavab verməyən bank rəhbərliyi mənə şifahi xəbərdarlıq etdilər ki, buna görə sənə cərimələr tətbiq ediləcək  və girov qoyulmuş əmlakını müsadirə etdirəcəyik." deyə cavab verdilər.

Ancaq AccessBankın Ucar filialına etdiyi 2 yazılı müraciətimə indiyə qədər rəsmi cavab verilmədiyini və bu halı qanunsuzluq kimi qiyd edən AccessBank müştərisi "Bank rəhbərliyi mənə həttda şifahi onu da bildirdi ki, Ali Məhkəmənin hakimi Əsəd Mirzəyevi bu yalan çıxışına görə hakimlikdən uzaqlaşdırıblar, hətt da hakim Əsəd Mirzəyev bu barədə təkzib də verib.Mən isə dedim ki, həmin təkzib varsa göstərin. Ancaq bunu göstərə bilmədilər" deyə müraciətində bildirir.

Daha sonra Ali Məhkəmənin hakimi Əsəd Mirzəyev hakimlikdən uzaqlaşdırılmadığını və  təkzib vermədiyini diqqətə çatdıran  Ucar rayon sakini E.Babayev "Özüm müqavilə bağlayıb krediti götürdüm ki, xırda ticarətimi genişləndirim, ancaq məlum infilyasiyaya görə ticarətim iflasa uğrayıb. Buna baxmayaraq məsuliyyət hiss edib AccessBanka olan borcumu hər ay ödəyirəm, onlar isə məsuliyyətsizlik edirlər." deyə bildirir.

Qazeta.info bildirir ki, yazıda adı çəkilən qurumun da fikirlərini dinləməyə hazırıq.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar