Abşeronda qardaş qardaşa 9 bıçaq zərbəsi vurub
20.06.2017 708 0.0 0

Ötən gecə Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un xəbərinə görə, Sulutəpə qəsəbəsində 1958-ci il təvəllüdlü Ağayev Əlizadə Mirağa oğlu qardaşı ilə mübahisə edib.

Əlbəyaxa dava zamanı qardaşı Ə.Ağayevə qarnının ön divarına və döş qəfəsinə 9 bıçaq zərbəsi vurub. Xəsarət alan şəxs xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar