Abşeron rayonunda 16 yaşlı oğlan su kanalında boğulub
13.06.2016 626 0
Qazeta.info Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən bildirir ki, Nazirliyin böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində 1 nəfərin su kanalında batması barədə məlumat daxil olmuşdur. Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri axtarışlara başlamışlar.
Məlumata görə, kanalında çimərkən batmış 2000-ci il təvəllüdlü Xəlilov Rəşad Mahir oğlunun cəsədi FHN Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 06:33-də başa çatmışdır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər