ABŞ viza ilə bağlı qaydaları sərtləşdirib
01.06.2017 686 0.0 0

ABŞ ölkəyə səfər etmək istəyən əcnəbilər üçün yeni viza anketlərini hazırlayıb.

 

“Reuters”ə istinadən verilən məlumat görə, söhbət konsulluq əməkdaşlarının tələbi ilə doldurulmalı olan əlavə blankdan gedir.

 

ABŞ-a getmək istəyən şəxslər son 5 ildə sosial şəbəkələrdə istifadə etdikləri adları, mobil nömrələri və elektron ünvanlarını qeyd etməlidirlər. Həmçinin ABŞ-a getmək istəyən şəxslərdən son 15 il üçün bioqrafik məlumatlar, o cümlədən yaşadığı ünvan və səfər etdiyi ölkələrin adları tələb olunacaq.

 

Yeni tədbirlərin turistlərin yoxlanması prosesinin gücləndirilməsi istiqamətində atılan addımların bir hissəsi olduğu bildirilir. Yeni blank mayın 23-də təsdiqlənib./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar