ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Black Hawk helikopterləri Rusiya sərhədinə yaxınlaşıb.
Məlumata görə, helikopterlər NATO-nun Latviyada Operation Summer Shield XII adlı beynəlxalq hərbi təlimlərində iştirak edəcək.
DELF agentliyinin verdiyi məlumata görə, bu helikopterlər birinci dəfə deyil ki, Latviya ərazisinə göndərilir. Bundan əvvəl helikopterlər bu ölkədə beynəlxalq təlimlərdə iştirak edib.
Qeyd edək ki, bununla bərabər Rusiya ordusu da genişmiqyaslı hərbi təlimlər keçirir. Martın 16-dan başlayan və 5 gün davam edəcək təlimlərin məqsədi Rusiya silahlı qüvvələrin döyüş hazırlığını yüksəltmək və ordunun döyüş qabiliyyətinin yoxlanılmasıdır.
Qərb ölkələrinin tətbiq etdiyi sanksiyalar fonunda son aylar Rusiyanın tez-tez hərbi təlimlər keçirməsi Kremlin ABŞ başda olmaqla Avropa ölkələrinə əzələ nümayişi kimi qiymətləndirilir./anspress/