ABŞ və Türkiyə Rakkaya girir - Danışıqlar başladı
08.09.2016 837 0
Türkiyənin Müdafiə naziri Fikri İşıq amerikalı həmkarı Eşton Karter ilə görüş keçirib.
Məlumata görə, bu barədə Pentaqon məlumat yayıb.
Hər iki nazirin İngiltərənin paytaxtı Londonda BMT-nin toplantısında bir araya gələrək Rakka əməliyyatı ilə bağlı müzakirələr apardığı bildirilib.
Tərəflər əməliyyatda yerli qüvvələrinin iştirakının əhəmiyyətini vurğulayıblar:
“Nazirlər son dönəmdə Suriyanın şimalında türk ordusunun qazandığı uğurlardan danışıblar. Karter Türkiyənin bu addımının ABŞ tərəfindən dəstəklənəcəyini ifadə edib. Amerikalı nazir YPG-nin Menbicdən çıxdığını da söyləyib”.
Qeyd edək ki, ABŞ və Türkiyənin Rakkada birgə əməliyyat təşkil edəcəyi ilə bağlı mətbuatda məlumatlar yayılıb./axar.az/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər