ABŞ və Meksika prezidentləri arasında telefon danışığı olub
28.01.2017 868 0
ABŞ prezidenti Donald Tramp və Meksika prezidenti Enrike Penya Nyeto arasında telefon danışığı olub.
Məlumata görə, bu barədər “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Məlumata görə, söhbət bir saatadək davam edib.
Meksika prezidenti Enrike Penya Nyeto ABŞ prezidenti Donald Trampla danışıqlar aparmaq üçün ABŞ-a yanvarın 31-nə planlaşdırdığı səfərini ləğv edib.
Qeyd edək ki, Donald Tramp yanvarın 25-də Meksika ilə sərhəddə divarın ucaldılmasına dair fərman imzalayıb./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər