ABŞ Ukraynaya ayırdığı hərbi yardımı təxirə saldı
11.12.2021 383 0.0 0

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya ayırdığı 200 milyon dollar dəyərində hərbi yardım paketi təxirə salıb. 

Bildirək ki, bu haqda Rusiya KİV-ləri ABŞ mediasına istinadla məlumat yayaıb.

Məlumatda görə, rəsmi Vaşinqtonun bu addımı atmağda məqsədi Rusiya və Ukrayna arasında yarana biləcək hərbi münaqişənin qarşısını alıb, diplomatik yollarla problemin həllinə nail olmaqdır.  Yayılan məlumatda qeyd edilir ki, hərbi yardım paketinin təsdiqlənməsi üçün sənəd üç-dörd həftədir ki, prezidentin masasının üzərindədir.

Məlumatda daha sonra qeyd edilir ki,  problemin həllində diplomatik yolların fayda verməməzsə, ABŞ hakimiyyəti Ukraynaya hərbi dəstəyin həcminin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdən keçirir.

Xəbərə görə, yardım paketinin tərkibi tam məlum deyil. Lakin qeyd olunur ki, Kiyev ABŞ hakimiyyətini onlara Hava Hücumundan Müdafiə sistemi, tank əleyhinə raketlər, Hərbi Dəniz Qüvvəliri əleyhinə raketlər,  radarlar, zirehli texnika və o cümlədən tibbi avadanlıqlar göndərməyə çağırıb.

Bildirək ki, ABŞ-ın Ukraynaya nəzərdə tutduğu hərbi yardımın təxirə salınmasında, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Baydenin arasında  dekabrın 7-də baş tutmuş videokonfransın nəticəsi olduğu qeyd edilir. Xatırladaq ki,  sözügedən görüş zamanı, mövzu Ukrayna ətrafında yaranmış vəziyyətlə yanaşı, ikitərəfli münasibətlər, kibertəhlükəsizlik və İran nüvə sazişi müzakirə olunub.

Qeyd edək ki, son zamanlar Qərb ölkələrində, eləcə də Kiyevdə Rusiyanın Ukraynanı işğal edəcəyi ilə bağlı iddialar irəli sürülür. Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür məlumatları boş və əsassız adlandırmaqla yanaşı, gərginliyin artırılmasına xidmət etdiyini deyib.

Bununla yanaşı Peskov, maraqlı qüvvələrin öz iddialarına haqq qazandırmaq məqsədilə təxribatlara əl atılmasının mümkünlüyünü istisna etməyərək, Ukraynanın cənub-şərqindəki böhranın güc yolu ilə həll edilməsi cəhdlərinin ən ağır nəticələrə səbəb olacağı barədə xəbərdarlıq edib.

O, həmçinin əmin edib ki, Moskva Donbassdakı münaqişənin həllində Kiyevə kömək etmək üçün əlindən gələni edir, eyni zamanda Normandiya formatına və Minsk razılaşmalarına sadiq qalır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar